[b]Soni Mustivar: Belə komandalar daha təhlükəli olur - VİDEO[/b]
17.05.2018 - 20:00
[b]Soni Mustivar: Belə komandalar daha təhlükəli olur - VİDEO[/b]

“Hamımız oyuna gərgin hazırlaşırıq. Çünki bu görüş bizim üçün çox əhəmiyyətlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar deyib.

 

“Neftçi” Topaz Premyer Liqasının son turu çərçivəsində qarşılaşacağı "Kəpəz”lə oyunun hazırlığını davam etdirir. Komanda bu gün İsmət Qayıbov adına bazada məşq keçib.

 

Mustivar “Neftçi TV”yə açıqlamasında oyunöncəsi fikirlərini bildirib: “Turnir cədvəlinin yuxarı sıralarındakı mövqeyimizi qorumaq üçün bizə qələbə lazımdı. Komanda daxilindəki abu-havaya gəlincə, hamımız fikrimizi oyuna yönəltmişik. Bu görüşdə səhvə yol verə bilmərik. Bütün qarşılaşmalara güclü rəqibə qarşı oynayacağıq kimi çıxırıq. Bir oyunda çox şey baş verə bilər. Lakin biz buna imkan verməməliyik. Hətta fikrimizi böyük oyunlardan da çox cəmləşdirməliyik. Çünki bu cür komandaların itirməyə heç nəyi yoxdu. Hətta daha təhlükəli ola bilirlər. Rəqibin "Kəpəz” və ya bir başqası olmasına baxmayaraq, yaxşı hazırlaşırıq”.

 

Qeyd edək ki, mayın 20-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz” – "Neftçi” matçı saat 17:15-da başlayacaq.

 

0