[b]“Zirə” Sumqayıt sindromunu qıra biləcəkmi?[/b]
17.05.2018 - 23:46
[b]“Zirə” Sumqayıt sindromunu qıra biləcəkmi?[/b]

Topaz Premyer Liqasının son turunda bütün diqqətlər “Sumqayıt” – “Zirə” matçında olacaq. Apasport.az saytının məlumatına görə, məhz bu qarşılaşma ilk “dördlüy”ün son sakinini müəyyənləşdirəcək.

 

Avropa Liqasına vəsiqə uğrunda yarışan komandalar 12-ci dəfə üz-üzə gələcəklər. Son 3 ildəki rəqabətdə “Zirə” rəqibini qabaqlayır. Belə ki, bakılılar 5 dəfə qalibiyyətə seviniblərsə, “Sumqayıt” 3 matçda rəqibini məğlub edib. Top fərqində də üstünlük “Zirə”nin tərəfindədi – 13:9. “Sumqayıt” bir qol vuracağı təqdirdə toplarının sayını 10-a çatdıracaq.

 

Tərəflərin son 5 duelində paytaxt təmsilçisi meydanı qolsuz tərk etməyib. Ancaq “Sumqayıt” son 3 ev görüşündə rəqibinə uduzmayıb – 1:0, 1:1, 2:1. Ümumiyyətlə, “Zirə” Sumqayıtda yeganə qələbəsini 2016-cı il, fevralın 6-da qazanıb (2:0).

 

Qeyd edək ki, mayın 20-də keçiriləcək “Sumqayıt” – “Zirə” oyunu saat 17:15-də başlayacaq.

0