[b]Final matçının vaxtı açıqlandı[/b]
18.05.2018 - 12:17
[b]Final matçının vaxtı açıqlandı[/b]

Futzal üzrə Azərbaycan kubokunun final oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, həlledici qarşılaşma mayın 22-də keçiriləcək.

 

Bakı İdman Sarayında baş tutacaq final görüşündə “Marafon Futsal”la “Uğur” FK üz-üzə gələcək. Oyunun start fiti 15:00-da səslənəcək.

 

Qeyd edək ki, ölkə kubokunun yarımfinalında “Uğur” “Yasamal-2”ı 15:0, “Marafon Futsal” isə “Hell Energy”ni 11:0 hesabı ilə məğlub edib.

0