[b]“Qəbələ” “Çelsi” və “Benfika” ilə qarşılaşa bilər[/b]
24.05.2018 - 12:04
[b]“Qəbələ” “Çelsi” və “Benfika” ilə qarşılaşa bilər[/b]

UEFA Gənclər Liqasının Çempionlar yolunda oynayacaq 32 komandadan 14-ü bəllidi. Apasport.az saytının məlumatına görə, U-19-lar arasında Azərbaycan çempionu “Qəbələ”nin də yer aldığı siyahıda “Çelsi” kimi adlı-sanlı klub da yer alıb.

 

Turnirə vəsiqə qazanan komandalar təmsilçimizin I mərhələdə mümkün rəqibləridi. Bunlar “Çelsi” (İngiltərə), “Anji” (Rusiya), “Benfika” (Portuqaliya), “Dinamo” (Ukrayna), PSV (Hollandiya), “Olimpiakos” (Yunanıstan), “Dinamo” (Xorvatiya), “Elfsborq” (İsveç), “Makkabi” (Təl-Əviv, İsrail), “Molde” (Norveç), AEL (Kipr), “Septemvri” (Bolqarıstan), “Astana”dı (Qazaxıstan).

 

Lakin bu komandalardan bəziləri Çempionlar deyil, Çempionlar Liqası yoluna da qatıla bilər. Bunun üçün həmin klubun əsas komandası qitənin ən nüfuzlu klub turnirinə yüksəlməlidi.

 

Belə olması, “Reykyavik” (İslandiya), HİK (Finlandiya), “Bohemians” (İrlandiya), “Dinamo” (Gürcüstam), “Flora”ya (Estoniya) sərf edir. Əgər Çempionlar Liqasında qrupa düşən klubun U-19-u öz ölkəsində çempion olsa, bu komandaların önündə “yaşıl işıq” yanacaq.

 

Qeyd edək ki, Azərbaycan bu turnirdə 3 dəfə təmsil olunub. “Rəvan” 2015/16, “Qəbələ” 2016/17 mövsümlərində Çempionlar yolunda, “Qarabağ” isə 2017/18 mövsümünün Çempionlar Liqası yolunda mübarizə aparıb.

0