[b]Yığmamızın açıq məşq və mətbuat konfransının vaxtı dəyişdirildi[/b]
26.05.2018 - 00:36
[b]Yığmamızın açıq məşq və mətbuat konfransının vaxtı dəyişdirildi[/b]

Azərbaycan – Qırğızıstan oyunu ərəfəsində millimizin mətbuat üçün açıq məşqinin və baş məşqçi Qurban Qurbanovla bir neçə futbolçunun iştirak edəcəyi mətbuat konfransının vaxtında dəyişiklik  edilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, hər iki tədbir eyni günə keçirilib.

 

Belə ki, mayın 27-də əvvəlcə 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı olacaq. Bundan yarım saat sonra isə eyni məkanda yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycanla Qırğızıstan arasında yoldaşlıq görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

0