[b]Platini ittihamlardan azad oldu[/b]
26.05.2018 - 10:33
[b]Platini ittihamlardan azad oldu[/b]

İsveçrə prokurorluğu UEFA-nın sabiq prezidenti Mişel Platinini ittihamlardan azad edib. Apasport.az saytının məlumatına götə, AÇ-1984-ün çempionu korrupsiyada günahlandırılırdı.

 

O, 2015-ci ildə FİFA-nın prezidenti Yozef Blatterlə birlikdə vəzifəsindən uzaqlaşdırılmışdı. Hər iki şəxsə futbolla bağlı fəaliyyətə 8 illik qadağa qoyulmuşdu.

 

Buna Blatterin FİFA-nın hesabından Platiniyə pul köçürməsi səbəb olmuşdu. Həmin məbləğ 2 milyon İsveçrə frankına bərabər idi.

0