[b]“Bunu bacarsaq, hesabımıza daha bir qələbə yazacağıq” – Xristina Ruseva[/b]
26.05.2018 - 11:01
[b]“Bunu bacarsaq, hesabımıza daha bir qələbə yazacağıq” – Xristina Ruseva[/b]

“Azərbaycan yığması həqiqətən də güclü komandadı. Onlar bizimlə görüşə tam hazır olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin kapitanı Xristina Ruseva deyib.

 

O, Qızıl Avropa Liqasının Azərbaycanla bu gün baş tutacaq görüşü haqda fikirlərini açıqlayıb: “Çünki qrupdakı 1-ci yer uğrunda mübarizədə əsas rəqiblərinin biz olduğunu yaxşı bilirlər. Öz komandamızdan yüksək səviyyədə diqqətli olmağı, oyun zamanı sabit çıxış etməyi gözləyirəm. Ümid edirəm ki, öz gücümüzü göstərib, evdəki qarşılaşmalara 3-cü qələbəylə yekun vuracağıq. Hər şey özümüzdən asılıdı. Konsentrasiyanı itirməməli, baş məşqçinin taktiki planına əməl etməliyik. Bunu bacarsaq, hesabımıza daha bir qələbə yazacağıq”.

0