İndiyədək Azərbaycan milli komandasında neçə futbolçu qol vurub?
05.06.2008 - 11:30
İndiyədək Azərbaycan milli komandasında neçə futbolçu qol vurub?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Fabio Luis Ramim Azərbaycan milli komandasında qol vuran 35-ci futbolçu olub. “APA-Sport” agentliyinin məlumatına görə, “Olimpik” klubunun 26 yaşlı yarımmüdafiəçisi Andorra ilə görüşün 17-ci dəqiqəsində fərqlənməklə, yığmada qol hesabını açıb. Braziliyalı futbolçuyadək buna nail olan 34 futbolçudan 4-ü də milliləşən legionerlər olub. L.F.Ramim Narvik Sirxayev, Ruslan İdiqov, Andre Ladaqa və Branimir Subaşiçdən sonra Azərbaycan millisi üçün qol vuran 5-ci əcnəbidir. Maraqlıdır ki, F.L.Ramim həmyerlisi kimi yığmamızda keçirdiyi ikinci oyunda ilk qoluna sevinib. İki il əvvəl Qazaxıstanla matçda fərqlənən A.Ladaqaya bunun üçün 92 dəqiqə lazım olmuşdu. Serbiya ilə görüşdə 77 dəqiqə meydanda olan futbolçu ikinci qarşılaşmanın 15-ci dəqiqəsində hesabı açmışdı. F.L.Ramim də A.Ladaqa kimi ikinci oyununun birinci hissəsində rəqib qapısına yol tapıb. Azərbaycan millisində braziliyalıların vurduğu qolların hamısı cərimə zərbəsindən birbaşa qapıya vurulub. Lakin “Olimpik”li futbolçu həmyerlisindən 15 dəqiqə gec qol hesabını açıb. Belə ki, Bosniya və Herseqovina ilə görüşün 90 dəqiqəsi ərzində meydanda olan 26 yaşlı yarımmüdafiəçi Andorra ilə qarşılaşmanın 17-ci, özünün millidə 107-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, əcnəbilər milli komandada ümumilikdə 9 qol vurub.
0