Azərbaycan yığması Rusiyada təlim-məşq toplanışı keçəcək
05.06.2008 - 15:58
Azərbaycan yığması Rusiyada təlim-məşq toplanışı keçəcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol üzrə milli komandası (U-19) Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışı keçəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu məqsədlə Şamil Heydərovun rəhbərlik etdiyi kollektiv iyunun 15-də səfərə çıxacaq. Yeniyetmə futbolçularımız iki həftəlik hazırlıq prosesi çərçivəsində bir neçə yoldaşlıq görüşü keçirəcəklər. Yığmamızın “Kubanoçka” klubunun birinci və ikinci komandaları, eləcə də Rostov “Azov”u ilə qüvvəsini sınayacağı dəqiqləşib. Krımska aparılacaq oyunçuların adları yaxın günlərdə açıqlanacaq. Təlim-məşq toplanışı U-19 üçün payızda keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyacaq.
0