Quido Vermeulen: “Azərbaycanla görüş çox çətin və yorucu alındı”
09.06.2008 - 17:18
Quido Vermeulen: “Azərbaycanla görüş çox çətin və yorucu alındı”
Bakı. Kənan Həsənov - APA-Sport. “Mən öz oyunçularımla fəxr edirəm. Necə xoşbəxt olduğumu ifadə etmək üçün söz tapa bilmirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri İspaniyanın voleybol üzrə qadınlardan ibarət milli komandasının baş məşqçisi Quido Vermeulen söyləyib. İspaniyalı mütəxəssis Azərbaycan yığması ilə görüşün həlledici olduğunu bildirib: “Azərbaycanla oyun çox çətin və yorucu alındı. Xoşbəxtlikdən qalib gələn tərəf biz olduq. Həlledici xarakter daşıyan bu matçdan sonra isə vaxtında toparlanmağı bacardıq. Nəticədə ilk cəhddən Avropa çempionatının final mərhələsinə vəsiqə qazandıq”. İspaniya yığmasının kapitanı Patrisiya Aranda isə ən çətin qrupda uğur qazandıqlarını qeyd edib: “Bizim əsas məqsədimiz bütün oyunları eyni səviyyədə keçirmək idi. Çünki yer aldığımız qrup ən çətin idi. Artıq biz Avropa çempionatının 2009-cu ildə Polşada keçiriləcək final mərhələsinə rahat hazırlaşa bilərik”.
0