Ramin Quliyev: “Neftçi” klubuna keçdiyim üçün peşmanam”
11.06.2008 - 13:02
Ramin Quliyev: “Neftçi” klubuna keçdiyim üçün peşmanam”
27 yaşlı futbolçu bildirib ki, son bir il müddətində çıxış etdiyi “Neftçi” klubuna transfer olunmasından peşman olub: “Neftçi”də olduğum müddətdə bir ilimi, adımı, milli komandada yerimi itirdiyim və bundan heyfsilənirəm. İndi hər şeyi geri qaytarmaq istəyirəm”. “Olimpik”lə bir illik müqavilə bağladığını deyən R.Quliyev vurğulayıb ki, yeni klubunun UEFA kubokunda çıxış etməsi seçiminə təsir göstərib: “Bakı”dan fərqli “Olimpik” avrokuboklarda çıxış edəcək. Hər bir futbolçu belə məsul turnirdə oynamağı istəyir. Seçimimə bir çox amillər, o cümlədən bu komandanı Əsgər Abdullayevin çalışdırmasının böyük təsiri oldu. Onun rəhbərliyi altında uzun müddət həm klub, həm yığma səviyyəsində çıxış etmişəm. “Olimpik”ə üstünlük verməyimdə komandanın avrokuboklara vəsiqə qazanması və müqavilə şərtləri əsas rol oynadı. Hər halda, futbolçu üçün maddi amillər də böyük önəm kəsb edir. Yeni komandamın heyətində ilk sınaq olacaq UEFA kubokunda uğurla çıxış etməyimiz üçün əlimdə gələni edəcəyəm”.
Qeyd edək ki, Əsgər Abdullayevin rəhbərliyi altında Azərbaycan olimpiya yığmasında çıxış edən R.Quliyev bu mütəxəssislə 2001-ci ildə “Şəfa”, bundan 4 il sonra “Bakı” ilə Azərbaycan kubokunu qazanıb.
0