Almaniyalı Mihael Skibbe “Qalatasaray” klubunun baş məşqçisi təyin olunub
12.06.2008 - 09:46
Almaniyalı Mihael Skibbe “Qalatasaray” klubunun baş məşqçisi təyin olunub
Bakı. Kənan Həsənov - APA-Sport. Türkiyənin “Qalatasaray” futbol klubunun yeni məşqçisinin adı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, yeni mövsümdə komandanı almaniyalı Mihael Skibbe çalışdıracaq. Rəhbərlik 43 yaşlı mütəxəssislə uzadılmaq şərti ilə bir illik müqavilə bağlayıb. Futbolçu karyerasına ağır zədə ucbatından gənc yaşlarında son verən M.Skibbe Dortmundun “Borussiya” və Leverkuzenin “Bayer” klublarını çalışdırıb. O, həmçinin Almaniya milli komandasında Rudi Föllerin köməkçisi olub. M.Skibbenin başçılıq etdiyi “Bayer” son mövsümdə Bundesliqanı 51 xalla 7-ci pillədə başa vurub.
0