Zaqatalada Respublika Şahmat Olimpiadası start götürüb
25.06.2008 - 14:33
Zaqatalada Respublika Şahmat Olimpiadası start götürüb
Bakı. Kənan Həsənov - APA-Sport. Zaqatala Olimpiya Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadası start götürüb. Bu haqda “APA-Sport” agentliyinə Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışov məlumat verib. Onun sözlərinə görə, mübarizəyə 36 rayondan 324 yeniyetmə qatılıb. İyulun 1-dək davam edəcək olimpiadada həm şəxsi, həm də komanda birinciliyi üzrə mükafatçılar müəyyənləşəcək. Fərdi birincilikdə ilk iki yeri tutan şahmatçılar milli komandanın tərkibində avqustun 16-dan 25-dək Türkiyənin Mersin şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında çıxış etmək hüququ qazanacaq.
Qeyd edək ki, indiyədək milli komandada yerini Eltac Səfərli, Vasif Durarbəyli və Ayaz Məmmədov təmin edib.
0