Andrey Arşavin: “Mən “Barselona”da oynamaq istəyirəm”
25.06.2008 - 15:09
Andrey Arşavin: “Mən “Barselona”da oynamaq istəyirəm”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Uşaq vaxtlarımdan “Barselona”da oynamaq arzum olub. Onda komandada Kuman, Romario, Stoiçkov, Korneyevin çıxış etdiyi dövr idi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rusiya milli komandasının hücumçusu Andrey Arşavin deyib. 26 yaşlı futbolçu çıxış etdiyi “Zenit” klubundan getmək istədiyini gizlətməyib: “Məni Rusiya çempionatında, gözdən uzaqda oynadığım üçün heç kim tanımır. Mənə yaxşı pul versələr də, “Zenit”dən gedəcəyəm. “Barselona”da oynamaq istəyirəm”. Bir mövsümə iki milyon avro qazandığı klubu tərk etmək istəyən hücumçu Hollandiya yığmasını nədə üstələdiyinin səbəbini izah edib: “Mən balaca və sürətli oyunçuyam. Hollandiyalı müdafiəçilər isə hündürboy olduğundan mənimlə bacarmayıb qayda pozmağa məcbur olurdular”.
Qeyd edək ki, Rusiya yığması sabah keçiriləcək yarımfinalda İspaniya ilə qarşılaşacaq.
0