Marçello Lippi İtaliya yığmasına baş məşqçi təyin edilib
27.06.2008 - 14:33
Marçello Lippi İtaliya yığmasına baş məşqçi təyin edilib
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliya milli komandasında baş məşqçi dəyişikliyi baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, bu ölkənin Futbol Federasiyası Avropa çempionatının ¼ finalında mübarizəni dayandıran yığmanın gənc çalışdırıcısı Roberto Donadoniyi istefaya göndərib. Digər bir qərarla bu posta Marçello Lippi təyin edilib. 60 yaşlı mütəxəssis 2006-cı ildə İtaliya yığmasına dünya çempionu titulu qazandırdıqdan sonra müqaviləsinin müddətini uzatmayaraq istefa vermişdi.
0