Georgi Çelidze: “Lokomotiv”də oynamış futbolçu kimi, Azərbaycanda səviyyəcə seçilməyə çalışacağam”
27.06.2008 - 16:06
Georgi Çelidze: “Lokomotiv”də oynamış futbolçu kimi, Azərbaycanda səviyyəcə seçilməyə çalışacağam”
“Neftçi”nin yarım illiyə icarəyə götürdüyü G.Çelidze müqavilə ilə Moskvanın “Lokomotiv” klubuna məxsusdur. Rusiyada möhkəmlənə bilməyən gürcüstanlı futbolçu yeni komandasında hücum xəttindəki problemini aradan qaldırmaq fikrindədir: “Lokomotiv”də bir yerdə oynadığım Dmitri Kruqlovla indi “Neftçi”də komanda yoldaşıyıq. Bundan əlavə, həmyerlim, adaşım Georgi Adamiya da burada çıxış edir. Onunla əvvəllər bir yerdə çıxış etməsək də, tanışlığımız var. “Neftçi” məni yaxşı qəbul etdi, özümə qarşı yad münasibət hiss etmirəm. “Lokomotiv”də oynamış futbolçu kimi səviyyəcə seçilməyə çalışacağam. Hücumçunun meydanda əsas işi qol vurmaqdır ki, mən də bu vəzifənin öhdəsindən gəlməliyəm. Bu mənada “Nitra” ilə cavab görüşündə əlimə düşən imkandan maksimum yararlanacağam. “Neftçi”də qol hesabımı açmalıyam”.
0