“Jerminal” Bakıya iyulun 10-da gəlmək istəyir
28.06.2008 - 11:29
“Jerminal” Bakıya iyulun 10-da gəlmək istəyir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunun ikinci mərhələsindəki potensial rəqibi oyunlarla bağlı təşkilati məsələləri həll etməkdədir. “APA-Sport” agentliyinin məlumatına görə, Belçikanın “Jerminal” klubu iyulun 5-də keçiriləcək ilk görüşün biletləri ilə bağlı məsələyə aydınlıq gətirib. Belə ki, ikinci mərhələnin iyulun ilk matçının biletləri iyulun 2-də satışa çıxarılacaq. Biletlərin qiyməti 15 avro olsa da, klubun abunəçiləri 10, 16 yaşınadək olan uşaqlar isə cəmi 5 avroya “Jerminal”ın İntertoto kubokundakı ilk oyununu izləyə bilər. “Neftçi” - “Nitra” (Slovakiya) cütünün qalibi ilə görüşəcək belçikalılar iyulun 12-də keçiriləcək cavab oyunu ilə bağlı planlarında dəyişiklik edib. Belə ki, əvvəldən planlaşdırıldığının kimi, ayın 9-da deyil, 8-də toplanışa yığışacaq “Jerminal” səfərinin vaxtına da aydınlıq gətirib. Azərbaycan və ya Slovakiya istiqamətində yollanacaqları dəqiqləşməsə də, onlar iyulun 10-u səhər Belçikanı tərk edəcək.
Qeyd edək ki, “Jerminal”ın rəqibi bu gün saat 20:00-da başlayacaq “Nitra” – “Neftçi” qarşılaşmasından sonra dəqiqləşəcək.
0