İsveç milli komandasının kapitanı yığma karyerasını başa vurub
28.06.2008 - 12:46
İsveç milli komandasının kapitanı yığma karyerasını başa vurub
Bakı. Elşən Məmmədov – APA-Sport. İsveç milli komandasının futbolçusu Fredrik Lünqberq yığma karyerasını başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, Skandinaviya yarımadası təmsilçisinin 31 yaşlı kapitanı İngiltərənin «Vest Hem» klubu ilə yanaşı, millidə də çıxış etməyin çətin olduğunu bildirib. Artıq 10 ilə yaxındır ki, İsveç millisində çıxış edən kapitan F.Lünqberq deyib: «Artıq yığmada çıxış etdiyim 9 nömrəli formanı digər futbolçuya verməyin vaxtı çatıb. İsveçdə istedadlı oyunçular çoxdur. Əminəm ki, mənim kimi futbola böyük sevgisi olanlardan biri tezliklə yerimi tutacaq».
Qeyd edək ki, İsveç millisi Avropa çempionatında qrup mərhələsini dəf edə bilməyib.
0