Naci Şensoy: “Yeni komandam çempionatı ilk “altılıq”da bitirməlidir”
30.06.2008 - 14:17
Naci Şensoy: “Yeni komandam çempionatı ilk “altılıq”da bitirməlidir”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Belasitsa” klubunun əvvəlki nüfuzunu qaytarmaq üçün mövsümü ilk “altılıq”da bitirməliyik. Hədəfə çatmağın nə qədər çətin olduğunu bilirik. Lakin müasir və baxımlı oyun göstərməklə məqsədə çatmaq mümkündür.”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy deyib. Bir müddət əvvəl Bolqarıstan çempionatının güclülər dəstəsində mübarizə aparan “Belasitsa” ilə anlaşan 50 yaşlı mütəxəssis problemlə üzləşib: “Viza problemi ucbatından komandamın iyunun 25-də başlayan hazırlıqlarına vaxtında qatıla bilmədim. Məcburiyyət qarşısında qaldığımdan telefonla köməkçilərimə tapşırıqlar verirdim”.
Qeyd edək ki, N.Şensoy 2002-ci və 2004-2005-ci illərdə “Turan” klubunun baş məşqçisi olub.
0