Teymur Rəcəbovun “Corus” superturnirində rəqibləri müəyyənləşib
02.07.2008 - 13:36
Teymur Rəcəbovun “Corus” superturnirində rəqibləri müəyyənləşib
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın ən güclü şahmatçısı Teymur Rəcəbov 2009-cu il yanvarın 1-də Hollandiyanın Veyk-an-Zee şəhərində start götürəcək “Corus” superturnirində iştirak edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda 21 yaşlı həmyerlimizlə yanaşı, Levon Aronyan (Ermənistan), Sergey Movsesyan (Slovakiya), Maqnus Karlsen (Norveç), Aleksandr Morozeviç (Rusiya), Sergey Karyakin, Vasili İvançuk (hər ikisi Ukrayna), Qata Kamski (ABŞ), Luk van Veli, Yan Smits və Daniel Stelvagenin (hamısı Hollandiya) iştirakı təsdiqlənib. Təşkilatçılar turnirə qatılacaq digər üç qrossmeysterin adını oktyabrda açıqlayacaq.
Qeyd edək ki, T.Rəcəbov indiyədək “Corus” superturnirində üç dəfə mübarizə aparıb. Qrossmeysterimiz 2003-cü ildə 9-cu (6,5 xal), 2007-ci ildə 1-ci (8,5 xal), bu il 3-cü (7,5 xal) yeri tutub. 2006-cı ildə turnirə qatılan digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə 4,5 xalla 14 şahmatçı arasında 12-ci olub.
0