“Olimpik” klubunun rəqibi daha bir hücumçu transfer edib
16.07.2008 - 14:52
“Olimpik” klubunun rəqibi daha bir hücumçu transfer edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Olimpik” klubunun UEFA kubokunda rəqibi daha bir futbolçunu transfer edib. “APA-Sport” agentliyinin məlumatına görə, sabah təmsilçimizlə qarşılaşacaq Serbiyanın “Voyvodina” komandası makedoniyalı hücumçu İlço Naumoski ilə müqavilə bağlayıb. Bir müddət əvvəl səviyyəli, Serbiya çempionatında heç olmasa 20 qol vurmaq iqtidarında olan oyunçu axtardıqlarını bildirən baş məşqçi Draqolyub Bekvalaç yeni transferdən razıdır. Ötən mövsüm “Rabotniçki” ilə Makedoniya çempionu olan və bu ölkənin futbolçularına bələd olan D.Bekvalaç İ.Naumoskinin iddialarına uyğun oyunçu sayıb: “Bu il qarşımıza Serbiya çempionu olmaq məqsədini qoymuşuq. Naumoski kimi hücumçu ilə bu titul uğrunda mübarizə aparmaq olar. İlçonun UEFA kubokunda da komandamıza çox xeyri dəyəcək”.
0