Türkiyə yığmasının start heyəti
10.09.2008 - 12:05
Türkiyə yığmasının start heyəti
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyə futbol yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belçika ilə bu gün İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçirəcəyi rəsmi oyuna start heyəti bəlli olub. “APA-Sport”un məlumatına görə, baş məşqçi Fatih Terim Ermənistanı İrəvanda məğlub etdikləri (2:0) görüşlə müqayisədə əsas heyətdə iki dəyişiklik edib. Türkiyəli mütəxəssis orta sahədə Mehmet Aurelionu Ayhan Akman, hücumda Mövlud Ərdinci Kazım Kazımla əvəzləyib. Qapını yenə Volkan Dəmirəl qoruyacaq. Müdafiənin mərkəzində Sərvət Çətinlə Gökhan Zan, sol və sağ cinahlarda müvafiq olaraq Hakan Balta və Gökhan Könül çıxış edəcək. Yarımmüdafiə xəttini Ayhan, Əmrə Bələzoğlu, Arda Turan, Tuncay Şanlı təşkil edəcək. Ermənilərlə görüşdə ikinci hissədə meydana çıxaraq məhsuldar ötürmə verən Kazım hücumda Semih Şəntürkə kömək edəcək.
Qeyd edək ki, Semih Tuncay ilə birgə İrəvandakı oyunda qol vuran futbolçular olub.
0