Araqonesin qovulmaq ehtimalı artır
27.09.2008 - 10:06
Araqonesin qovulmaq ehtimalı artır
Bakı - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi Luis Araqonesin başının üstünü qara buludlar alıb. “APA-Sport”un məlumatına görə, Superliqada keçirdiyi 5 oyunun 3-də məğlubiyyətlə barışan ispaniyalı mütəxəssisin mövqeyi daha da zəifləyib.

Amma 70 yaşlı məşqçi bu vəziyyətdən çıxacaqlarına ümid edir: “Bizi bu durumdan çıxaracaq tək şey qələbədir. Ona görə də, daha çox çalışmaq lazımdır”.

Araqones Superliqanın V turu çərçivəsində səfərdə “Sivasspor”a 1:2 hesablı məğlubiyyətə də toxunub: “Hesabda önə keçsək də, fərqi artıra bilmədik. Halbuki, fərqlənmək üçün imkanlar yaxaladıq. 60-cı dəqiqədən sonra isə rəqib daha təhlükələri hücumlar təşkil etməyə başladı. Onları əks-hücumda yaxalaya bilmədik və nəticədə qapımızda iki qol gördük”.

“Sivasspor” klubunun baş məşqçisi Bülənt Uyğun isə “Fənərbaxça” kimi nəhəng bir komandanı məğlub etdikləri üçün qürur hissi keçirdiklərini bildirib.


0