“Fənərbaxça” rəsmisi söz verdi
02.10.2008 - 15:31
“Fənərbaxça” rəsmisi söz verdi
Bakı - APA-Sport. “Komanda bu rəhbərliklə son beş ildə üç çempionluq qazanıb. İndi dünyanın sonu deyil. Futbolda məğlubiyyət də, qalibiyyət də var. Önəmli olan inandığın yolda addımlamaqdır”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça”nın vitse-prezidenti Mahmut Uslu söyləyib.

Komandanın uğursuzluq zolağına düşdüyünü etiraf edən klub rəsmisi bunu zədəli futbolçuların çoxluğu ilə əlaqələndirib: “Çox önəmli oyunçularımız meydana çıxa bilmirlər. Deyvid, Vederson və Semih kimi “ulduzlar”ın yoxluğunu unutmamaq lazımdır. Onlar 15 gün ərzində sıraya dönəcəklər. Problemlərin aradan qalxacağına heç kimin şübhəsi olmasın. İndiki məqamda biz də üzülürük”.

Uslu xal itkilərini növbəti oyunlarda sığortalayacaqlarını da qeyd edib: “Bu komandaya inanırıq. “Arsenal”ı İstanbulda, “Dinamo”nu isə Kiyevdə məğlub etmək gücümüz var. Azarkeşlərimiz rahat ola bilərlər”.
0