Maradona Qafqaza gəlir
07.10.2008 - 17:56
Maradona Qafqaza gəlir
Bakı. Mehman Süleymanov - APA-Sport. Məşhur Dieqo Maradona oktyabrın 22-də Gürcüstana səfər edəcək. “APA-Sport”un məlumatına görə, əfsanəvi futbolçu Argentinanın veteranlarından ibarət yığma komandanın heyətində Tiflisdə meydana çıxacaq. Oktyabrın 26-da Tiflisin yaranma günü münasibətilə yoldaşlıq görüşü keçiriləcək ki, həmin oyunda Gürcüstan və Argentinanın ulduz futbolçuları üz-üzə gələcəklər. Maradonanın komanda yoldaşları arasında yığmada birgə çıxış etdiyi Klaudiu Kanica da var.
Qeyd edək ki, görüşü Gürcüstan Futbol Federasiyasının iştirakı ilə gürcü biznesmen Nikoloz Patarkalişvili təşkil edir.
0