Ərəblər “Trabzonspor”a “atdı”lar
08.10.2008 - 10:47
Ərəblər “Trabzonspor”a “atdı”lar
Bakı - APA-Sport. Türkiyənin “Trabzonspor” klubunun yarımmüdafiəçisi İbrahim Yattaranın transfer baş tutmayıb. “APA-Sport”un məlumatına görə, buna qvineyalı futbolçunu heyətinə qatmaq istəyən Qətərin “Əl-Sədd” klubunun tələb olunan 10,8 milyon avronu köçürməməsi səbəb olub.

Bu səbəbdən də, “Trabzonspor” rəhbərliyi Yattaranın komandada qalacağını və bu məsələnin birdəfəlik qapandığını bildirib.

Qeyd edək ki, “Əl-Sədd”lə 4 illik müqavilə bağlayan İbrahim hər mövsümə 2 milyon avro qazanacaqdı.
0