Engin niyə istefa verib?
10.10.2008 - 14:32
Engin niyə istefa verib?
Bakı - APA-Sport. “18 ay bir yerdə çalışdığım Ərtoğrul Sağlam istefa verdikdən sonra xoşagəlməz tənqidlərlə üzləşdim. Bunlar məni çox üzdü. Amma hamı bilsin ki, mən komandanın adi deyil, “ürək meneceriyəm”. Tutduğum vəzifədən də könül rahatlığı ilə ayrılıram”. “APA-Sport”un məlumatına görə bu sözləri “Beşiktaş”ın meneceri postunu tərk edən Sinan Engin söyləyib.

Komandanın sabiq rəsmisi Sağlamla eyni gündə istefa verməməsi məsələsinə də aydınlıq gətirib: “Mən “Beşiktaş”ı sahibsiz buraxmaq istəmədim. Məqsədim komandanı çox hörmət etdiyim Mustafa Dənizliyə təslim etmək idi ki, buna da nail oldum. İndi rahat dincələ bilərəm”.
0