Fatih Terim mətbuat konfransını yarımçıq tərk etdi
12.10.2008 - 15:23
Fatih Terim mətbuat konfransını yarımçıq tərk etdi
Bakı - APA-Sport. “Heyətdə xeyli itki olmasına baxmayaraq, 3 xal qazanmağı bacardıq. Bu qələbə bizim üçün çox vacib idi”. “APA-Sport”un məlumatına görə, bu sözləri dünya çempionatının seçmə qrup mərhələsində Bosniya ilə görüşdən sonra Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim deyib.

“İmperator” bir sıra komponentlərdə rəqibi geridə qoyduqlarını bildirib: “Komandamızda orta yaş həddi 23-24-dür. Bu gün topa yiyələnmədə 65 faizlik göstərici ilə üstün idik. Həmişə olduğu kimi, oynadıq, axtardıq, fürsət yaxaladıq və rəqibdən çox qaçdıq. Bütün yetirmələrimi təbrik edirəm”. Elə bu məqamda Bosniya və Herseqovina yığmasının baş məşqçisi Miroslav Blajeviçin qapıda durduğunu görən Terim qonağı gözlətməmək üçün, zalı onun ixtiyarına buraxaraq, mətbuat konfransını yarımçıq tərk edib.

Qeyd edək ki, İstanbulda keçirilən görüşdə türkiyəlilər 2:1 hesablı qələbəyə nail olublar.
0