Nişanlısı olimpiya çempionunun erotik filmə çəkilməsinə razıdır - FOTO
15.10.2008 - 14:39
Nişanlısı olimpiya çempionunun erotik filmə çəkilməsinə razıdır - FOTO
Bakı - APA-Sport. Üzgüçülük üzrə olimpiya çempionu Federika Pelleqrini erotik filmdə çəkilməyə dəvət alıb. “APA-Sport”un məlumatına görə, 20 yaşlı idmançı rejissor Tinto Brassdan aldığı dəvəti dəyərləndirmək üçün vaxt istəyib.

Pekin Olimpiadasında dünya rekordu müəyyənləşdirən italiyalı üzgüçünün adı açıqlanmayan sevgilisi də onu bu işə razı salmağa çalışır. Yalnız İtaliya Üzgüçülük Federasiyası bu ideyanın əleyhinə çıxıb. Qurum rəsmiləri Pelleqriniyə idmana fikir verməsini məsləhət görüb.





0