Alma almaya bənzər… FOTO
16.10.2008 - 12:13
Alma almaya bənzər…  FOTO
Bakı. Aqşin Əliyev - APA-Sport. Deyirlər ki, dünyada həm xarakterinə, həm də zahiri görünüşünə görə bir-birinə tam oxşayan insan tapmaq qeyri-mümkündür. Ancaq hərdən tanış sima görəndə, “mən bunu kiməsə bənzədirəm” deyə öz-özümüzə sual veririk. Belələri üz cizgiləri ilə bizə kimisə xatırladır. Hətta onu kimə bənzətdiyim haqda saatlarla, günlərlə düşünürük. Bu dəfə isə sizlərə yardım etməyə çalışacağıq. “APA-Sport” araşdırma apararaq, futbol aləminin 8 tanınmış adamının bənzərini müəyyənləşdirib. Beləliklə...

1. “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımın idarəçilik qabiliyyətinə görə, bəlkə də tayı-bərabəri yoxdur. Həyatda isə onun oxşarı var. Bu, amerikalı kino ulduzu Maykl Mörfidir. Düzdür, Mörfi eynəkdən istifadə etmir. Lakin o, 2003-cü ildə çəkildiyi “İzlər” filmində eynək taxdığından əməlli-başlı Əziz Yıldırıma oxşayır.




2. Türkiyə milli komandasının və “Betis”in braziliyalı futbolçusu Mehmet Aurelio NBA-da çıxış edən Sedrik Simmonsa bənzəyir. Yəqin ki, yeganə cüzi fərq onların alın quruluşundadır...




3. “Fənərbaxça”nın uruqvaylı müdafiəçisi Dieqo Luqanonun da dublyoru var. Bu, məşhur kinoaktyor, 4 il öncə Nikol Kidmanla tərəf müqabili olmuş Cud Loudur.




4. Çin əsilli kunq-fu ustası, ötən əsrin bir nömrəli kino ulduzu Brüs Li... 1973-cü ildə, 33 yaşında qəflətən dünyasını dəyişən Linin oxşarı Türkiyədə yaşayır. Söhbət “Beşiktaş”ın futbolçusu İbrahim Toramandan gedir. Onlar bir-birlərinə çox bənzəyirlər, bunu xüsusilə eynəkdə çəkilən şəkillərdən görmək mümkündür.




5. Yenə “Fənərbaxça”ya qayıdırıq. Qəhrəmanımız ispaniyalı hücumçu Daniel Quizadır. Heç bilirsiniz, 28 yaşlı Avropa çempionu kimə oxşayır? “Kurtlar vadisi” teleserialında “Cərrahpaşalı Xalid” rolunun ifaçısı Özcan Varaylıya.




6. Növbədə dünya futbolunun ən qeyri-adi siması Ronaldinyodur. Daima gülən, dişləri qabarıq şəkildə nəzərə çarpan braziliyalının oxşarı... qızdır. Bəli, yeniyetmə qız! Bu, bir daha Ronaldinyonun qeyri-adiliyindən xəbər verir.




7. “Qalatasaray”ın xarizmatik futbolçusu Sərvət Çətin isə “Mumiya” filmində canlandırdığı obrazla şöhrət qazanan Oded Fehrə bənzəyir.




8. Bu da Semih Şəntürk. Türkiyə yığmasının və “Fənərbaxça”nın xilaskarı, “növbətçi qolçu” ləqəbi ilə tanınan 25 yaşlı futbolçu. Nə qədər qəribə olsa da, o, “Mister Bin” komik rolunun ifaçısı, ingiltərəli aktyor Rovan Atkinsona oxşayır. Top uğrunda hava mübarizəsi zamanı Semihin üzündə yaranan cizgilər “Mister Bin”dən başqa kimi xatırladır ki?














0