Adebayor: “Daha çox qol vura bilərdik”
22.10.2008 - 11:51
Adebayor: “Daha çox qol vura bilərdik”
Bakı - APA-Sport. “Sözün düzü mən qətiyyən təəccüblənmədim. Bizim əla komandamız var və yaxşı oynayırıq. İstədiyimiz vaxt qol vura bilirik”. “APA-Sport”un məlumatına görə, bu sözləri İngiltərənin “Arsenal” klubunun hücumçusu Emanuel Adebayor söyləyib.

“Fənərbaxça” ilə oyunu dəyərləndirən toqolu legioner rəqibdən aşkar üstün olduqlarını bildirib: “Bu görüşdə gözəl işlər gördük. Rəqibin müdafiəsini çətin duruma saldıq. Fikrimcə, daha çox qol vura bilərdik. Bu vəziyyət istənilən komandanın başına gələ bilər”.
0