“Turan” hara, mükafat hara?
22.10.2008 - 12:19
“Turan” hara, mükafat hara?
Bakı – APA-Sport. “Turan” klubu Azərbaycan Premyer Liqasının VIII turunun “Karvan”a qarşı səfər oyunundan heç-heçə ilə dönsə də, futbolçulara mükafat verilməyib. “APA-Sport”un Peşəkar Futbol Liqasının internet saytına istinadən məlumatına görə, buna səbəb, klubun hələ də sponsor tapa bilməməsidir. “Mövsüm başlamazdan əvvəl futbolçulara bildirdik ki, sponsor tapılana kimi mükafat olmayacaq və onlar da bununla razılaşdılar.”
Əlavə edək ki, “Turan” klubunun futbolçularının aylıq məvacibi 100-500 manat aralığındadır.


0