Kifayət Qasımova zədələndi və uduzdu
28.10.2008 - 16:42
Kifayət Qasımova zədələndi və uduzdu
Ancaq Türkiyənin “Trabzonspor” klubunun şərəfini qoruyan 25 yaşlı xanım cüdoçumuz üçün Estoniya səfəri uğurlu alınmayıb. Püşkün nəticəsinə əsasən, “Trabzonspor” 1/8 finalda “Yavara-Neva” (Rusiya) ilə qarşılaşıb. Ancaq Kifayət ilk görüşdə zədələndiyindən məğlubiyyətlə üzləşib. Onun komandası isə 2:3 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb.

Qasımovanın zədəsinin bir qədər ciddi olduğu bildirilir. Avropa çempionatının gümüş mükafatçısı diz nahiyəsindəki ağrılardan əziyyət çəkir. Cüdoçunun təxminən bir aydan sonra tatamiyə qayıdacağı gözlənilir.
0