Qılıncoynadanlar Hollandiyaya gedirlər
31.10.2008 - 14:13
Qılıncoynadanlar Hollandiyaya gedirlər
Bakı. Kənan Həsənov - APA-Sport. Noyabrın 3-də Hollandiyanın Amsterdam şəhərində gənc qılıncoynadanlar arasında Avropa çempionatı start götürəcək. “APA-Sport”un Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya istinadən verdiyi məlumata görə, bu nüfuzlu yarışa Azərbaycan idmançıları da qatılacaqlar.

Nazirliyin xətti ilə Hollandiyaya 16 nəfərlik heyət ezam olunacaq. Avropa çempionatı noyabrın 8-də başa çatacaq.
0