Finlandiyanı Azərbaycan əvəzlədi
03.11.2008 - 16:10
Finlandiyanı Azərbaycan əvəzlədi
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) xətti ilə Azərbaycanda ilk mötəbər yarış təşkil olunacaq. “APA-Sport”un məlumatına görə, FİE 2009-cu ildə Bakıda qadınlar arasında beynəlxalq turnirin keçirilməsini rəsmən təsdiqləyərək təqvim planına daxil edib.
Mayın 23-də start götürəcək yarışın mükafatları uğrunda qadın sablyaçılar mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirin əvvəlcə Finlandiyada keçirilməsi nəzərdə tutulmuşdu. Yalnız bu ölkənin imtinasından sonra yarışın təşkilatçılıq hüququ Bakıya verilib.


0