UEFA kubokunun oyunları pornoqrafik kanalda
04.11.2008 - 11:59
UEFA kubokunun oyunları pornoqrafik kanalda
Bakı. Mehman Süleymanov - APA-Sport. UEFA kubokunun oyunları İtaliyanın pornoqrafik kanalında yayımlanacaq. “APA-Sport”un məlumatına görə, “Spartak”la İtaliyanın “Udineze” klubu arasında noyabrın 6-da Moskvanın “Lujniki” stadionunda keçiriləcək oyun həmin kanalda canlı göstəriləcək. Pornoqrafik xarakterli filmlərin yayımında ixtisaslaşan telekanalın sahibi futbol həvəskarı Marko Krispinodur.
36 yaşlı fanat İtaliya komandalarının UEFA kubokunda ayrı-ayrı oyunlarının yayım hüququnu alıb. Həmin pornokanalın turnirdə italyanların iştirakı ilə növbəti görüşü daha böyük maraq kəsb edir. Belə ki, cari mövsümdə UEFA kubokunun qazanmağa real namizəd “Milan”ın İngiltərənin “Portsmut” klubu ilə noyabrın 27-də səfərdə keçirəcəyi oyun da canlı yayımlanacaq.
0