Həvəskar futbolçular hakimi pulsuz söyə bilərlər
04.11.2008 - 13:08
Həvəskar futbolçular hakimi pulsuz söyə bilərlər
Bakı. Mehman Süleymanov - APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport”un məlumatına görə, NİK “Neftçi” və “Bakı” klublarını futbolçuları Azərbaycan kuboku uğrunda ilk 1/8 final oyunlarında nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığı üçün hərəyə 1000 manat məbləğində cərimələyib. Qurum 17 yaşlılardan ibarət komandaların çempionatında, həvəskarlar liqasında və futzalda baş verən xoşagəlməz olaylara da hüquqi qiymət verib. Futzalda çıxış edən həvəskar futbolçulardan DST klubunun üzvləri Bayram Nəcəfovla Rüfət Rzayev hakimi təhqir etdikləri üçün iki oyunluq cəzalandırılıb. Həvəskarların yarışında maddi cəza nəzərdə tutulmadığından, futbolçulara cərimə kəsilməyib.
Qeyd edək ki, NİK-in bugünkü iclasında kəsilən cərimələrin məbləği 2100 manat təşkil edib.


0