Formal və qeyri-formal cavab görüşləri
04.11.2008 - 13:11
Formal və qeyri-formal cavab görüşləri
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsinin cavab görüşlərinə start veriləcək. “APA-Sport”un məlumatına görə, 8 cütün yarısında təkrar matçlar formal xarakter daşıyacaq. Hər halda, “Simurq”, “Qarabağ”, “Bakı” və “Xəzər-Lənkəran” artıq özlərini ¼ finalın iştirakçıları saya bilərlər.

Cavab görüşləri arasında ən böyük maraq doğuranı “Standard” – “İnter” və “Karvan” – “Olimpik” oyunu olacaq. “İnter” adını daşıdığı son 4 ildə kubokda bir qayda olaraq ¼ finala yüksələn komanda ilk dəfə belə imkandan məhrum edilə bilər. Bu, hətta “Standard”ın qolsuz və ya 1:1 hesablı heç-heçə edəcəyi halda da reallaşacaq. “İnter”in cavab görüşünü də uzun müddətə icarəyə götürdüyü “Şəfa” stadionunda keçirəcəyini nəzərə alsaq, meydan amili ona çətinlik yaratmayacaq.
“Karvan”ın isə iki il öncə ölkə kubokunun finalına çıxdıqdan sonra turnirdə işləri heç də yaxşı getmir. Yevlax klubunu ötən mövsümdə olduğu kimi, artıq 1/8 finalda dayanmaq təhlükəsi gözləyir. Cavab görüşündə istənilən hesablı heç-heçə ilə mərhələ adlamış olacaq “Olimpik” bununla da ardıcıl ikinci mövsüm ¼ finala yüksələcək.

5 noyabr

14:00. “Turan” – “Qəbələ”

Tovuz. Şəhər stadionu. Baş hakim: Zöhrab Qədiyev
İlk oyun – 1:2

14:00. “Karvan” – “Olimpik”
Yevlax. Şəhər stadionu. Baş hakim: İmanxan Sultani
İlk oyun – 0:1

14:00. “Bakılı” – “Qarabağ”
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Baş hakim: Əmrah İbrahimov
İlk oyun – 0:3

15:00. MOİK – “Neftçi”
Bakı. “Şəfa” stadionu. Baş hakim: Azad Mütəllimov
İlk oyun – 1:2

15:00. “Spartak” – “Simurq”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Baş hakim: Ramil Diniyev
İlk oyun – 1:7

6 noyabr

14:00. “Qafqaz Universiteti” – “Bakı”

Bakı. "Ədliyyə" stadionu. Baş hakim: Elnur Muradov
İlk oyun – 0:10

14:00. “Muğan” – “Xəzər-Lənkəran”
Salyan. Olimpiya Kompleksinin stadionu. Baş hakim: Fuad Həsənov
İlk oyun – 0:3

16:00. “Standard” – “İnter”
Bakı. “Şəfa” stadionu. Baş hakim: Bnabək Quliyev
İlk oyun – 2:2
0