Azərbaycan gimnastika yığmasının baş məşqçisi istefaya göndərilib
05.11.2008 - 15:37
Azərbaycan gimnastika yığmasının baş məşqçisi istefaya göndərilib
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın bədii gimnastika yığmasında baş məşqçi dəyişikliyi reallaşıb. “APA-Sport”un Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, milli komanda bolqar mütəxəssis Mariana Vasilevaya tapşırılıb.

Bu haqda qərar federasiyanın İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunub. 35 yaşlı Vasileva bundan əvvəl Azərbaycanın qrup komandasında çalışıb və kifayət qədər yüksək nəticələrə nail olub. Yığma onun rəhbərliyi altında Pekin olimpiadasının final mərhələsinə və Turində keçirilən Avropa çempionatına vəsiqə qazanıb.

Maraqlıdır ki, məşqçi korpusunda bolqar mütəxəssisin köməkçilərindən biri yığmanın üzvü Dinarə Gimatova olub. Baş məşqçi postundan istefaya göndərilən Valentina Ukleina isə federasiyanın nəzdində yeni yaradılan texniki məsələlər üzrə komissiyaya üzv seçilib.


0