Boksçumuzun sensasion məğlubiyyəti
08.11.2008 - 21:40
Boksçumuzun sensasion məğlubiyyəti
Bakı. Aqşin Əliyev - APA-Sport. Boks üzrə Azərbaycan milli komandasının üzvü Samir Məmmədov İngiltərənin Liverpul şəhərində keçirilən Avropa çempionatında uğursuzluğa düçar olub. “APA-Sport”un məlumatına görə, 54 kq çəki dərəcəsində yarışan həmyerlimiz mübarizəni erkən dayandırıb.

Samir 1/8 final mərhəsələsində sensasion məğlubiyyətlə üzləşib. Ölkəmizin ən perspektivli boksçularından sayılan Məmmədov irlandıyalı Rayan Lindberqə uduzub - 3:11. Beləliklə, Liverpula yollanan 5 təmsilçimizdən biri medaldan artıq əlini üzüb.

Fəxri kürsüyə yüksəlmək şanslarını saxlayan Famil Süleymanov (60 kq) və Emil Məhərrəmov (69 kq) da bu gün rinqə çıxacaqlar. Onlar müvafiq olaraq, İsmət Zerik (Bosniya və Hersoqovina) və Aleksandr Rakislovu (Rusiya) sınağa çəkəcəklər. Fərhad Acalovla (64 kq) Elçin Əlizadə (91 kq) isə noyabrın 10-da döyüşəcəklər. Sayca 37-ci dəfə təşkil olunan Avropa çempionatının qalibləri noyabrın 15-də müəyyənləşəcək.
0