“İqtisadçı”nın meneceri: “Texniki məğlubiyyətdən xəbərim yoxdur”
11.11.2008 - 14:58
“İqtisadçı”nın meneceri: “Texniki məğlubiyyətdən xəbərim yoxdur”

Bir neçə dəqiqə öncə Kiprə çatdıqlarını və sabah cavab matçına çıxacaqlarını deyən Məmmədov məsələni araşdırıb, yalnız bundan sonra açıqlama verəcəyini bildirib.

Qeyd edək ki, CEV “İqtisadçı”nın Quba Olimpiya Kompleksində Kiprin AEL klubu üzərində qazandığı 3:0 (29:27, 25:23, 25:22) hesablı qələbəsini iki voleybolçunun qeyri-qanuni heyətdə yer alması ucbatından ləğv edib. Beynəlxalq qurum bununla yanaşı, komandamıza məğlubiyyət verib - 0:3 (0:25, 0:25, 0:25).





0