Vaqif Cavadov albanları günahlandırır
20.11.2008 - 11:17
Vaqif Cavadov albanları günahlandırır
“Komandaya maksimum xeyir verməyə çalışdım. Amma yaxaladığım fürsətləri dəyərləndirə bilmədim. Bu oyunda bəxt məndən üz döndərdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Albaniya ilə yoxlama matçını dəyərləndirən Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov söyləyib.

“Qarabağ” klubunun şərəfini qoruyan futbolçu oyunun heç-heçə (1:1) baş çatmasında rəqibin ifrat müdafiəyə üstünlük verdiyini əsas gətirib: “Bərabər heyətlə olanda daha yaxşı təsir bağışladıq. Rəqib azlıqda qalandan sonra sadəcə oynamadı. Onların hədsiz sərtliyi də oyunumuza təsir göstərdi”.
0