Olimpiya çempionumuz əməliyyat olunacaq
21.11.2008 - 18:15
Olimpiya çempionumuz əməliyyat olunacaq
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü, Afina Yay Olimpiya Oyunlarının qalibi Fərid Mansurov Almaniyaya yollanıb. Apasport.az saytının məlumatına görə, səhhəti ilə bağlı problem yaşayan 26 yaşlı pəhləvan səfər zamanı cərrahiyə əməliyyatı olunacaq.

Mansurovun onurğa sütununda yırtıq var. Olimpiya çempionumuz bir müddət öncə Almaniyada cərrah stoluna çıxsa da, hələ də ağrılardan əziyyət çəkir. Həkimlər bu dəfəki əməliyyatdan sonra güləşçinin tam sağalacağına söz veriblər.

Fərid gələn həftə Vətənə dönəcək. Onun dekabrda keçiriləcək Azərbaycan çempionatına qatıla bilməyəcəyi dəqiqdir.
0