Avropa Olimpiya Komitəsi Rusiyanı dəstəklədi
21.11.2008 - 19:26
Avropa Olimpiya Komitəsi Rusiyanı dəstəklədi
2014-cü il Qış Olimpiya Oyunları Soçidə keçiriləcək, təşkilatçılıq hüququ Rusiyadan başqa ölkəyə verilməyəcək. Apasport.az saytının məlumatına görə, bu haqda Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki qurumun Türkiyənin İstanbul şəhərində keçirilən EOC-un Baş Assambleyasında məlumat verib.

Rusiyanın Soçi şəhərində təhlükəsizlik təminatının aşağı səviyyədə olması üzündən 2014-cü il olimpiadasının başqa ölkəyə keçirilməsi təklifini Gürcüstan irəli sürüb. Gürcüstan tərəfi münaqişədə olduğu Cənubi Osetiya ilə Soçinin qonşuluqda yerləşməsini səbəb göstərib.

Lakin EOC-un siyasətlə məşğul olmadığını bildirən P.Hikki Soçi-2014-ün təşkilat komitəsi və Rusiya hökumətinin verdiyi təminatın Beynəlxalq Olimpiya Komitəsini tam qane etdiyini vurğulayıb.
0