“Bakı” – “Turan”: məşqçi fikirləri
22.11.2008 - 18:41
“Bakı” – “Turan”: məşqçi fikirləri
Qyoko Haciyevski: (“Bakı”) Komandamın oyunundan məmnun qaldım, nəticə məni tam qane etdi. Hazırda turnir cədvəlində ön pillələrində olmağımız bizi daha da həvəsləndirir. «Muğan»la oyunda da qalib gəlməyə çalışacağıq.
Mövsümü qış çempionu kimi bitirmək istəyirik. «Turan» çox köklü komandadır. Oyunçuların əksəriyyəti gənclərdir.

- Ramazan Abbasovla Romal Hüseynov vaxtilə yığmada oynayıblar. Amma onlara oynamaq şans vermirsiniz...
- Vadim Borets də 50 dəfə yığmada çıxış edib, amma bu gün o da oynamadı. Futbolçu həmişə hazırlıqlı olmalıdır. Mən yenə də istərdim ki, Ramazanla Romal millidə çıxış etsinlər.
- Bəxtiyar Sultanov bu gün iki qol vurdu, gələcəkdə onu start heyətində görə biləcəyik?
- Mən ona əvvəlki oyunlarda da şans vermişəm, amma özünu doğrultmamışdı. Bir oyunla hər şeyi həll olunmur. Gələcəkdə özünü yaxşı göstərsə, əsas heyətdə oynaya bilər. Potensialı var.

Etimad Qurbanov (“Turan”) «Bakı» komandasını təbrik edirəm. Bizim komandada gənclərdən ibəratədir. Bu gün 16-17 yaşlı oyunçulara üstünlük vermişdik. Əsas oyunçularımızın bir neçəsi oynamadığı üçün çox zəif çıxış etdik.

Qol.az
0