Klub prezidenti stadiona buraxılmayacaq
26.11.2008 - 10:54
Klub prezidenti stadiona buraxılmayacaq
Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi Superliqa təmsilçisi “Ankaragücü”nün prezidenti Camal Aydını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, klub rəhbəri 66 gün ərzində stadiona buraxılmayacaq.

Buna, Aydının “Ankaragücü” - Fənərbaxça” maçının baş hakimini telefonla araması səbəb olub. Klub rəsmisi referidən yalnız görüşü ədalətli idarə etməsini istəyib. Qarşı tərəf isə bununla bağlı federasiyanı məlumatlandırıb. Nəticədə oyunun hakimi dəyişdirilib. Ankarada baş tutan matçda hesab açılmayıb.
0