Azərbaycan yığması Portuqaliyaya gedir
26.11.2008 - 17:38
Azərbaycan yığması Portuqaliyaya gedir
Azərbaycan yığması Portuqaliyaya gələn ilin aprelində gedəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 19 yaşlı qızlardan ibarət milli komandamız Avropa çempionatının ikinci mərhələsinin Portuqaliyada keçiriləcək qrup oyunlarında iştirak edəcək.

Ötən həftə keçirilən püşkatmada yığmamız Portuqaliya, Uels və Fransanın yer aldığı ikinci qrupa düşsə də, mini-turnirə ev sahibliyi edəcək ölkə müəyyənləşməmişdi. Bu qrupun oyunları aprelin 23-dən 29-dək Portuqaliyada keçiriləcəyi dəqiqləşib.
0