Xoşbəxt komandaların sayı 13-ə çatdı
27.11.2008 - 01:47
Xoşbəxt komandaların sayı 13-ə çatdı
UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə keçirilən qarşılaşmalardan sonra daha 3 klub - "Liverpul", "İnter" və "Atletiko" 1/8 finala yüksəlib. "Şaxtyor"un isə mübarizəni UEFA kubokunda davam etdirəcəyi müəyyənləşib.

Ən maraqlı matç Lissabonda baş tutub. Ötən tur qrup mərhələsini adlayan "Sportinq" və "Barselona" komandalarının görüşündə futboldakı mümkün hadisələrin demək olar, hamısına rast gəlinib: qol, avtoqol, penalti, sarı vərəqə, qırmızı vərəqə...

Beləliklə, qrup mərhələsinin başa çatmasına bir tur qalmış 13 klub -"Barselona”, “Sportinq”, “Yuventus”, “Mançester Yunayted”, “Arsenal”, “Portu”, “Vilyareal”, “Bavariya”, “Lion”, “Real”, "Liverpul", "İnter" və "Atletiko" 1/8 finala vəsiqə qazanıb. Qalan 3 xoşbəxt komandanın adı dekabrın 9-da bilinəcək.

26 noyabr
A qrupu
“Bordo” - “Çelsi” - 1:1
Diarra, 84 - Anelka, 61.

ÇFR - "Roma" - 1:3
Kone, 29 - Brici, 10; 64; Totti, 22.
1.“Roma” 9 xal, 2.“Çelsi” 8, 3.“Bordo" 7, 4.ÇFR 4.

B qrupu
“İnter” - “Panatinaikos” - 0:1
Sareci, 69.

“Anortosis” - “Verder” - 2:2
Nikolau, 63; Savio,69 – Dieqo, 72 (pen.); Almeyda, 88.

1.“İnter” 8, 2.“Panatinaikos” 7, 3.“Anortosis” 6, 4.“Verder” 4.

C qrupu
“Sportinq” - “Barselona” - 2:5
Velozo, 65; Lyedson, 66 - Anri, 13; Pike, 16; Messi, 50; Kaneyra, 68 (avtoqol); Boyan Krkiç, 74 (pen.)

“Şaxtyor” - “Bazel” - 5:0
Cadson, 31; 65; 73; Uillian, 50; Seleznyov, 75.

1.“Barselona” 13, 2.“Sportinq” 9, 3.“Şaxtyor” 6, 4.“Bazel" 1.

D qrupu
“Luverpul” - “Marsel” - 1:0
Cerrard, 22.

“Atletiko” - PSV - 2:1
Simao Sabroza, 13; Maksi Rodriges, 27 - Kovermans, 47.

1.“Atletiko” 11, 2.“Luverpul” 11, 3.“Marsel” 3, 4.PSV 3.



25 noyabr

E qrupu

“Olborq” - “Seltik” - 2:1
Kaka, 73; Kaldvell, 87 (avtoqol) - Robson, 53.

“Vilyareal” - “Mançester Yunayted” - 0:0

1.“Mançester Yunayted” 9 xal, 2.“Vilyareal” 9, 3.“Olborq” 5, 4.“Seltik” 2.

F qrupu
“Bavariya” - “Styaua” - 3:0
Kloze, 57; 72; Toni, 61.

“Fiorentina” - “Lion” - 1:2
Cilardinyo, 44 – Makon, 14; Benzema, 26.

1.“Bavariya” 11, 2.“Lion” 11, 3.“Fiorentina” 3, 4.“Styaua” 1.

G qrupu
“Fənərbaxça” - “Portu” - 1:2
Kazım Kazım, 63 - Lisandro Lopes, 19; 29.

“Arsenal” - “Dinamo” (Kiyev) - 1:0
Bendtner, 87.

1.“Arsenal” 11, 2.“Portu” 9, 3.“Dinamo” 5, 4.“Fənərbaxça” 2.

H qrupu
BATE - “Real” - 0:1
Raul, 6.

“Zenit” - “Yuventus” - 0:0

1.“Yuventus” 11, 2.“Real” 9, 3.“Zenit” 5, 4.BATE 2.
0