1 atdan 1500 avro qazanc
01.12.2008 - 12:06
1 atdan 1500 avro qazanc
Belçikanın paytaxtı Brüsseldə atçılıq idmanının konkur növü üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi Camal Rəhimov təmsil edib.

Pekin Olimpiadasında uğursuzluqla üzləşən Rəhimovun budəfəki çıxışı normal alınıb. Çaparımız “Aramis” ləqəbli atla 145 sm-lik maneələri qüsursuz adlayaraq, üçüncü yeri tutub. İdmançımızın digər cəhdləri uğursuz olub. Bununla belə, Rəhimov beynəlxalq turniri 1500 avro mükafatla başa vurub.
0