Azərbaycan AİBA-nın hesabına 2 milyon dollar köçürərsə...
04.12.2008 - 16:57
Azərbaycan AİBA-nın hesabına 2 milyon dollar köçürərsə...
2009-cu ildə Bakıda iki beynəlxalq turnir təşkil ediləcək. Bu haqda apasport.az saytına Azərbaycan Boks Federasiyasının (AHF) prezidenti Ağacan Abıyev məlumat verib.

“Martda ənənəvi xarakter daşıyan “Böyük İpək Yolu” turnirini təşkil edəcəyik. Digər birincilik isə dekabra nəzərdə tutulub. AİBA prezidentinin şərəfinə həsr olunan ilk yarış Tayvanda keçirilmişdi. İkinci turniri biz qəbul edəcəyik” - deyə Abıyev bildirib.

AHF prezidenti kişilər arasında dünya çempionatını təşkil etmək istədiklərini desə də, bunun hazırda real olmadığını vurğulayıb: “Belə mötəbər yarışa da ev sahibliyi etmək istəyirik. Amma təəssüf ki, bunun üçün AİBA-nın hesabına 2 milyon ABŞ dolları köçürmək lazımdır. Bu isə çox böyük məbləğdir”.
0